Futbola görə metro 1 saat artıq işləyəcək

Futbola görə metro 1 saat artıq işləyəcək


Bakı Metropoliteni cümə axşamı gecə saat 01:00-a qədər işləyəcək. Bu barədə lent.az-a “Bakı Metropoliten”i QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, “Qarabağ” klubu bununla bağlı quruma müraciət ünvanlayıb. Metropoliten rəhbərliyi klubun bu müraciətini müsbət cavablayıb.

Nəsimi Paşayev ehtiyac olacağı təqdirdə bu müddətin daha da uzadıla biləcəyini qeyd edib. Qeyd edək ki, noyabrın 26-da, saat 22:00-da Ağdamın "Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsində son ev oyununu keçirəcək. "Qarabağ"ın rəqibi Londonun "Totenhem" klubudur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
917 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...