Azərbaycan Qarabağ ermənilərinə pul verir? - Deputatdan vacib açıqlama

Azərbaycan Qarabağ ermənilərinə pul verir? -

Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa Xocalı və Xankəndiyə vəsait ayrılması məsələsini qaldırıb və bunun dövlət büdcəsində əksini tapmalı olduğunu bildirib. Bir müddət əvvəl deputat Zahid Oruc da eyni təkliflə çıxış etmişdi.

“Bu o halda mümükündür ki, Xocalı və ya Xankəndinin erməni sakinləri Azərbaycan vətəndaşlığını qəbul etsinlər. Qəbul etdikdən sonra onlar bütün sistemə inteqrasiya olunmalıdır. Ona görə də, hazırda söhbət vəsaitin xərclənməsindən getmir”.

Bunu Yenisabah.az-a açıqlamasında deputat Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, Xocalı və Xankəndi Azərbaycan əraziləridir, oraya ayrılan vəsait bu istiqamətdə xərclənəcək.

“Yollarda lövhələr qurulur: Xocalıya, Xankəndidə məsafə filan qədərdir. Amma bu məsələnin psixoloji, sosial və siyasi tərəfləri var. Büdcə dövlət sənədidir. Vəsait ayrılması dövlətin o bölgədə yaşayan insanlara təklifi kimi qiymətləndirilir. Yəni onlar Azərbaycan vətəndaşlığını qəbul etsələr, sosial-iqtisadi fəaliyyətlərini tənzimləməyə hazırıq. Ermənistan bölgəyə özbaşına 200 milyon dram vəsait ayırıb. Bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı yeni bir addımıdır. Amma biz Qarabağın o hissəsinə vəsait ayırmaqla, onlara Azərbaycan vətəndaşlığını qəbul etmənin hansı şanslar yarada bildiyini açıqlayırıq”.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
769 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...