Kəlbəcərə gedən YOL - Murovdağ tunelində qazma davam etdirilir

Kəlbəcərə gedən YOL -

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, işğaldan azad edilmiş rayonlarda yenidənqurma və bərpa işləri həyata keçirilir.

Maraqlıdır, hazırda Kəlbəcər yolu istiqamətində aparılan işlər nə yerdədir?

Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov Modern.az-a bildirib ki, Kəlbəcər yolu nəzərdə tutulan vaxtdan tez istifadəyə veriləcək:

“Prezident Kəlbəcər yolunun təməlini 16 avqust 2021-ci ildə qoydu. Təxminən bir ay qabaq məlumat əldə etdik ki, artıq tunel yolunun 500 km-dən artıq hissəsi hazırdır.

Düşünürəm ki, gedən təmir işləri nəticəsində Kəlbəcər yolu nəzərdə tutulan zamandan daha tez istifadəyə veriləcək”.


Azərbaycan Avtomobil Yolları Agentliyinin mətbuat katibi Anar deyib ki, Kəlbəcər yolunda regionun ən böyük avtomobil tuneli inşa edilir və onun 2025-ci ilə qədər təhvil verilməsi nəzərdə tutulub:
“Kəlbəcər yolunun 2025-ci ilə qədər təhvil verilməsi nəzərdə tutulur. Çünki orada regionun ən böyük avtomobil tuneli inşa olunur. Bir istiqamət üzrə 11,6, iki istiqamət üzrə isə 23,3 km uzunluğunda yol inşa olunur”.


Toğanalı – Kəlbəcər – İstisu avtomobil yolu

Texniki göstəriciləri: yol – 80.7 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel – 11.6 km.

Görülmüş işlər: 7 km Toğanalı kənd yolunda asfalt-beton örtük tikilib, 48 km mövcud yol genişləndirilib və hərəkətə yararlı vəziyyətə gətirilib, 14 km hissəsinə asfalt-beton örtük döşənib, Murovdağ tunelində qazma işləri davam etdirilir.
Kəlbəcər – Laçın avtomobil yolu

Texniki göstəriciləri: yol – 72.3 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel - 9.8 km;

Görülmüş işlər: yolun torpaq yatağının tikintisi işləri 10% icra olunub.
Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi:

Texniki göstəriciləri: 30 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.

Görülmüş işlər: yolların torpaq yatağının və yol geyimi tikintisi işləri aparılır, boruların tikintisi 95% icra olunub, yol nişanları 80% quraşdırılıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
401 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...