Parkda yatan Qarabağ qazisi FOTO

Parkda yatan Qarabağ qazisi


"Mənim də qürurum var, istəmirdim ki, mənim durumumu kimsə bilsin"

Ağsu rayon sakini olan Əzimov Amil İsmayıl oğlu Qarabağ savaşının iştirakçısıdır. Özünün dediyinə görə, Şuşada və Laçında gedən döyüşlərdə iştirak edib və ayağından güllə yarası alıb.

Qarabağ döyüşçüsünün Teleqraf.az-ın əməkdaşına deyib ki, hazırda küçədə, parkda gecələyir, qalmağa yeri yoxdur: “Ağsu rayonunda özümün evim var idi. Ailə qurduqdan sonra evimi satıb Bakı şəhərində yeni ev aldıq. Bir müddət orda yaşadıqdan sonra həyat yoldaşımla aramızda anaşılmazlıqlar ortaya çıxdı. Bir müddət bu cür yaşadıqdan sonra başa düşdüm ki, bu cür ailə həyatını davam etmək mümkün deyil. 2008-ci ilin may ayının 8-də Səbail Rayon Məhkəməsinin qərarı ilə biz rəsmən ayrıldıq. Məhkəmədə əmlak bölgüsündə mən fikirləşdim ki, hələ cavanam, ustayam, çalışıb özümə yeni həyat qura bilərəm. Buna görə də əmlakdan mənə düşən paydan imtina edərək hər bir şeyimi ailəmə və uşaqlarıma verdim. Bakı şəhərində kirayədə yaşayırdım, peşəmlə bağlı iş tapıb işlədiyim üçün elə də ciddi bir çətinlik çəkmirdim. Son aylarda isə iş yerlərinin olmaması ilə bağlı Ağsu rayonuna gəldim. Fikirləşdim ki, öz rayonumuzdur, orda xırda iş tapıb birtəhər başımı saxlayaram. Ancaq burda nəinki iş, qalmağa yer belə tapa bilmədim. Üç aydan artıqdır ki, parkda yatıram. Düşdüyüm durumla bağlı dəfələrlə Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevə və onun müavinlərinə müraciət edərək, heç olmasa gecələr qalmağım üçün mənə bir sığınacaq təşkil etmələri üçün xahiş etsəm də, mənə heç kim köməkli etmədi. Havalar nə qədər ki, xoş keçirdi parkda oturacaqların üzərində yatmaq olurdu. İndi bu soyuq havalarda mən nə edim? Mən axı Azərbaycan vətəndaşıyam, bu dövlət üçün döyüşmüşəm. Adam da öz vətəndaşına bu qədər laqeyitliklə yanaşar? Mənim də qürurum var, istəmirdim ki, mənim durumumu kimsə bilsin. Mən Ənvər Seyidəliyevə demirəm ki, mənə ev tiksin. Mən illərdir qapısı bağlı qalan idarə binalarının birində soyuqdan ölməməyim üçün bir otaq ayırmalarını istəyirəm. Mən artıq məcburam ki, Prezident Administirasiyasına gedərək onlardan imdad diləyim”.

“Qarabağ uğrunda savaş yenidən başlayarsa döyüşə gedəcəksən?”,- sualına isə, keçmiş döyüşçü belə cavab verdi: “Xeyr! Qarabağ uğrunda döyüşənlərə hansı qiymət qoyuldu ki?!”…



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
978 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...