Nardaranda ölənlərin ailələri polisə çağırıldı

Nardaranda ölənlərin ailələri polisə çağırıldı


Nardaranda polislə silahlı qarşıdurmada ölənlərin ailə üzvləri polis idarəsinə çağırılıb. Musavat.com-un Nardaranda olan reportyoru xəbər verir ki, ölənlərin ailə üzvləri Sabunçu Rayon Polis İdarəsinə dəvət olunublar. Bu danışıqdan sonra meyitlərin ailələrinə veriləcəyi gözlənilir.

Lakin bu çağırışa hələ ki, ölənlərdən Əkbər Babayevin ailə üzvləri müsbət cavab verib. Digərləri isə bu təklifə hələlik cavab verməyib. Kənd ağsaqqalları arasında bu barədə danışıqlar gedir. Qeyd edək ki, noyabrın 26-da baş verən silahlı qarşıdurmada 5 islamçı öldürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1116 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...