Deputatlara vəsiqə verildi

Deputatlara vəsiqə verildi


V çağırış Milli Məclisin plenar iclası başlayıb. "Report" xəbər verir ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 19 məsələnin müzakirəsi daxil edilib. İclasda ilk olaraq, Milli Məclisin İntizam və Hesablayıcı komissiyasının tərkibində dəyişikliklər edilməsi nəzərdə tutulub. Eyni zamanda, komitələrin sədr müavinləri və üzvləri seçiləcək.

Bundan başqa, Milli Məclis yanında Toponimiya komissiyasının tərkibi də bugünkü iclasda məlum olacaq. Yeri gəlmişkən, Mərkəzi seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisin iclasında çıxış edib. O, noyabrın 1-də MM-ə seçkilərin şəffaf keçirildiyini vurğulayıb: "Qanunvericilik aktları və digər sənədlər Avropa ekspertlərinin süzgəcindən keçib. Ona görə də heç bir problem ola bilməz. Bu da demokratik, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün ortaya qoyulan əsas məsələdir. Azərbaycan ictimaiyyətinin parlament seçkilərinə marağı da lazım olan səviyyədən artıq oldu".

Məzahir Pənahov çıxışından sonra bütün deputatları təbrik edərək onlara deputat vəsiqələrini təqdim edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
966 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...