Nardaranda ölənlər dəfn edildi

Nardaranda ölənlər dəfn edildi


Nardaranda hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində ölənlərin meyitləri qəsəbəyə gətirilib. AzVision.az xəbər verir ki, Əkbər Babayev, Fərahim Bünyatov və onun qardaşı Rəfael Bünyatovun meyiti bu gün səhər saatlarında Nardarana gətirilib və qəsəbə qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, bu il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib.

Hadisə ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında qeyd olunub ki, respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat əsasında əməliyyat təşkil olunub.
Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb.

Hadisə nəticəsində dəstənin üzvlərindən Abbas Hüseyn, Sərvan Səfərov, Əkbər Babayev, Fərahim və Rəfael Bünyatov qardaşları ölüb. A. Hüseyn Gəncə, S. Səfərov Masallı, digər 3 nəfər isə Nardaran sakinidir



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1246 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...