“Guya Əli Əliyev siyasi baxışlarına görə azadlıqdan məhrum edilib, bu, absurd və yalandır”

“Guya Əli Əliyev siyasi baxışlarına görə azadlıqdan məhrum edilib, bu, absurd və yalandır”


“Azərbaycan hüquqi və demokratik ölkədir. Ölkəmiz demokratik prinsiplərə hər zaman sadiqlik nümayiş etdirir və dövlətin apardığı islahatların tərkib hissələrdən biri də ölkədə demokratik ənənələrin inkişaf etdirilməsidir. Əlbəttə ki, ölkədə söz azadlığı, insan haqlarının qorunması hər zaman prioritetdir. Yəni, Azərbaycanda həm söz azadlığı mövcuddur, həm də insan haqları qorunur. Ötən ilin noyabrın 30-da baş vermiş helikopter qəzasında sağ qalmış iki zabit hüquqi əsaslarla Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev barəsində konkret ittiham üzrə məsələ qaldırıb və məhkəmə faktları araşdıraraq partiya sədrinin 5 aylıq müddətə həbs edilməsi üçün qərar çıxarıb. Müəyyən qaragüruh qüvvələr şou yaratmağa çalışırlar. Onlar növbəti dəfə iflasa uğrayacaqlar”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, Azərbaycan dövləti söz azadlığı və insan haqlarının qorunmasına ciddi önəm verir: “Ölkədə hazırda 50-dən çox siyasi partiya, minlərlə müxtəlif KİV, QHT-lər fəaliyyət göstərir. Guya Əli Əliyev məhz siyasi baxışlarına görə azadlıqdan məhrum edilib. Bu, absurd və yalandır. Belə yanaşma həmin qaragüruh qüvvələrin şou düzəltmə cəhdlərinin əyani təzahürüdür. Burada fakt var: Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopter qəzaya uğrayıb və nəticədə DSX-nin 14 hərbçisi şəhid olub, iki nəfər isə yaralanıb. Əli Əliyev və bir sıra qüvvələr həmin qəza ətrafında təxribat törətməyə çalışırdılar. DSX-nin həmin iki zabitinin konkret ittihamları üzrə Əli Əliyeva qarşı cinayət işi açılıb və ittihamlardan biri üzrə məsələyə artıq baxılıb. Həmin ittiham üzrə Əli Əliyevə 5 ay müddətində həbs cəzası verilib. Əli Əliyev müəyyən qaragüruh qüvvələrin yaratdığı şouda qeyd edildiyi kimi siyasi baxışlarına görə deyil, konkret ittihamlara görə həbs edilib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
836 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...