İcra nümayəndəsi özünü bit dərmanı ilə öldürmək istədi

İcra nümayəndəsi özünü bit dərmanı ilə öldürmək istədi


Qubanın Xınalıq inzibati ərazi vahidi üzrə icra nümayəndəsi özünü öldürmək istəyib.Hadisə bu gün gündüz saatlarında baş verib. Quba Rayon İcra Hakimiyyəti başçısının Xınalıq kəndi üzrə nümayəndəsi Füzuli Şərifov güclü zəhərlənmə diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

Faktı təsdiq edən Quba Mərkəzi Rayon Xəstəxanasının müalicə işləri üzrə baş həkim müavini Əlyar Sərvərov ANS-ə icra nümayəndəsinin çox ağır və huşsuz vəziyyətdə xəstəxanaya gətirildiyini bildirib. Onun sözlərinə görə, reanimasiya şöbəsində bir neçə saat ciddi şəklidə ilkin tibbi yardım göstərilib. Füzuli Şərifov ağır vəziyyətdən çıxarılıb. Bundan sonra o, Bakidan çağırılmış toksikoloqun müşayiəti ilə Bakidaki 1 nömrəli klinik xəstəxanasının toksikologiya şöbəsinə göndərilib.

Quba xəstəxanasının baş həkim müavini Əlyar Sərvərovun sözlərinə görə, o, niafidol adlanan maye halında olan 1 şüşə bit dərmanını içib. Xınalığın 48 yaşlı nümayəndəsi Füzuli Şərifovun hansı səbəbdən həyatına qəsd etməsinin səbəbləri məlum deyil. Faktla bağlı Qubanın hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
872 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...