«Austrian Airlines» şirkəti Bakıya uçuşları dayandırır

«Austrian Airlines» şirkəti Bakıya uçuşları dayandırır


Avstriyanın Hava Yolları şirkəti - «Austrian Airlines» Bakıya uçuşları dayandırır. Bu barədə fins.az-a “Austrian Airlines”ın Bakı nümayəndəliyindən bildirilib. Xatırladaq ki, indiyədək adı çəkilən şirkət Bakı-Vyana reysləri həyata keçirirdi. Şirkətdən bildirilib ki, reyslərin dayandırılmasına səbəb tələbatın aşağı düşməsi və sərnişinlərin sayının azalmasıdır.

«Tələbatın aşağı düşməsii ilə əlaqədar olaraq «Austrian Airlines» Vyana-Bakı reyslərinin ləğv edilməsini qərara alıb»,-deyə şirkətdən bildirilib. Adı çəkilən reys yanvarın 12-dən etibarən dayandırılır. «Sonucu reys yanvarın 11-də həyata keçiriləcək, ləğv edilən reyslərin sərnişinlərinə alternativ variantlar təklif olunacaq», - deyə şirkətin məlumatında bildirilir. Şirkət yaranmış narahatlığa görə sərnişinlərindən üzr istəyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
814 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...