"Ölülərimiz suyun içindədir" - VİDEO

"Ölülərimiz suyun içindədir" -


Ağcabədi rayonundakı ən iri məzarlıqlardan olan "Üzeyir" qəbiristanlığına tullantıların atılması sakinləri ciddi narahat edir. Onlar deyirlər ki, buraya qəbirlərin üzərindəki əklil və güllərlə yanaşı, digər məişət tullantıları da atılır. Yaranan hal ərazidə sahibsiz itlərin və vəhşi heyvanların çoxalmasına səbəb olur. Bunun nəticəsidir ki, bir neçə məzar yırtıcılar tərəfindən eşilib. Sakinlər bu kimi halların yaranmasının başlıca səbəbini isə oradakı şor kanalının təmizlənməməsində görürlər.

"Qəbir qazılanda su çıxır. Ölülərimiz suyun içindədir. Bizə lazımdır ki, bu, təmizlənsin", - deyə sakin Məzahir Mehdiyev bildirib.
Ağcabədi Rayon Su Meliorasiya İdarəsinin əməkdaşarı isə artıq əraziyə baxış keçiriblər. İdarənin baş mütəxəssisi Eldar Əhmədov qısa müddətdə kanalın təmizlənəcəyini deyib. Bildirək ki, "Üzeyir" qəbiristanlığı Ağcabədinin həm böyük, eyni zamanda da qədim məzarlığıdır. (Region TV)





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
904 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...