Dini ekstremistlərlə bağlı qanun qəbul edildi

Dini ekstremistlərlə bağlı qanun qəbul edildi


Milli Məclisin bu gün keçirilən iclasında "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsi qəbul olunub. AzNews.az-ın məlumatına görə, qanuna əsasən Azərbaycanda dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı dini ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulmasına icazə veriləcək.

Parlament sədrinin birinci müavini Ziyafət Əsəgərov qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, hansısa qrup Azərbaycanın dövlət quruluşuna qarşı çıxırsa, bu, ən böyük cinayətdir: “Dinin dövlətdən ayrı olması konstitusiyada da qeyd olunub. Azərbaycan dövləti 1990-cı illərin dövləti deyil ki, kim istəsə, bir bayraq taxsın. Məscidlərdə bir bayraq - Azərbaycanın dövlət bayrağı taxıla bilər. Bu, dövlət Heydər Əliyevin əmanətidir. Əmanətə xəyanət edən cəzalandırılacaq”. Daha sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
886 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...