Tərtərdə “Gənc sahibkarların innovativ koordinasiyası” tədbiri

Tərtərdə “Gənc sahibkarların innovativ koordinasiyası” tədbiri


Tərtər şəhər Gənclər Mərkəzində “Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc sahibkarların innovativ koordinasiyası” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən “Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyinin sədri Etibar Əsədov Tədbir iştirakçılarına ölkədə gənc sahibkarların fəaliyyəti, uğurlu sahibkarlığın prinsipləri, gənc sahibkarların müasir texnologiyalardan istifadə qaydaları, sahibkarlara göstərilən dövlət dəstəyi və onlara yaradılmış əlverişli şərait, sahibkarlıq və innovasiya haqqında ətraflı məlumat verilmişdir.


Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov ölkəmizdə sahibkarlara göstərilən dövlət dəstəyi və yaradılmış əlverişli şərait haqqında danışmışdır. Sonda iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparılmışdır.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
924 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...