Ukraynanın qadın olimpiya çempionu Rusiya ilə müharibəyə qoşulub

Ukraynanın qadın olimpiya çempionu Rusiya ilə müharibəyə qoşulub
Yeniyetmələrin Qış Olimpiya Oyunlarında qalib olmuş ukraynalı biatlonçu Kristina Dmitrenko Rusiya ilə müharibəyə qoşulub.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi feysbuk hesabından məlumat yayıb.

Qurum Dmitrenkonun biatlon tüfəngini avtomatla dəyişdiyini bildirib. 22 yaşlı biatlonçu Ukrayna Milli Qvardiyasında xidmət edir.

Qeyd edək ki, Kristina Dmitrenko 2016-cı ildə Norveçdə keçirilmiş olimpiadada qızıl medal qazanıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1255 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...