Tərtər Rayon İcra Hakimiyyətində Aparat müşavirəsi keçirilib

Tərtər Rayon İcra Hakimiyyətində Aparat müşavirəsi keçirilib

Tərtər rayon İcra Hakimiyyətinin akt zalında icra başçısı Müstəqim Məmmədovun sədrliyi ilə Aparat müşavirəsi keçirilib. Müşavirədə aqrar sahədə aparılan mövsümi işlər, ot, taxıl biçini dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, o cümlədən pambığın becərilməsi, barama tədarükünün yekunlaşdırılması, əkin sahələrinin suvarma suyu ilə təminatı, vətəndaş müraciətlərinə mövcud qanunvericiliyin tələblərinə uyğun baxılmasının, xüsusən də Şəhid ailələri və qazilərin problem və sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, qəbullarda vətəndaş məmnunluğunun təmin edilməsi, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların Elektron sistemə işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, icra nümayəndəliklərində nomenklatura üzrə sənədlərin işlənilməsi vəziyyəti, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və memarlıq–arxitektura tələblərinə uyğun təmin edilməsi, yaşayış məntəqələrinin ərazisində mütəmadi olaraq təmizlik işlərinin aparılması və bir sıra digər məsələlər müzakirə olunub.
Müzakirə olunan məsələlər barədə rayon icra hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev, rayon Dövlət yanğından mühafizə hissəsinin rəisi Mübariz Əliyev, rayon Statistika idarəsinin rəisi Ədalət Məmmədov çıxış ediblər.
Tədbirdə müşavirə iştirakçılarına Rəqəmsal İcra Hakimiyyəti Portalının xidmətlər bölməsində olan “Vətəndaşların ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışların verilməsi” xidmətinin iş axınında olan dəyişiklik barədə də məlumat verilib. Bildirilib ki, artıq bu xidmət üzrə müraciətlər ümumi şöbə tərəfindən qəbul olunduqdan sonra aidiyyəti üzrə şöbə və ya nümayəndəliyə göndəriləcək. Arayış hazır olandan sonra isə icra başçısı və ümumi şöbə tərəfindən təsdiq olunmadan vətəndaşa göndərilə bilər.
Müşavirədə bəzi icra nümayəndəliklərinin işçilərinin verilən tapşırıqları lazımınca yerinə yetirmədikləri, bununla da “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 18.0.2-ci, “Dövlət Qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddələrini pozduqları qeyd olunub və onlar haqqında intizam tənbeh tədbirləri görülüb.
Müzakirə olunan məsələlər ilə bağlı rayon rəhbəri tərəfindən inzibati ərazi dairəsi üzrə nümayəndələrə və bələdiyyə sədrlərinə müvafiq tapşırıq və tövsiyyələr verilib.
Tərtər Rayon İcra Hakimiyyətində Aparat müşavirəsi keçirilib
Tərtər Rayon İcra Hakimiyyətində Aparat müşavirəsi keçirilib

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
151 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...