Mədəniyyət Nazirliyinin rəsmisi Elxan Qasımovun həkimi ilə görüşüb

Mədəniyyət Nazirliyinin rəsmisi Elxan Qasımovun həkimi ilə görüşüb
Mədəniyyət Nazirliyinin rəsmisi Kinorejissor, aktyor, Əməkdar artist Elxan Qasımovun vəziyyəti ilə bağlı xəstəxanada onu əməliyyat edən həkim Özgür Koçamaz ilə görüşüb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, həkim Elxan Qasımovun ağır vəziyyətdə xəstəxanaya daxil olduğunu və əməliyyat edildiyini, əməliyyatdan sonra isə reanimasiya yerləşdirildiyini və hələ ki həyatı təhlükəsinin davam etdiyini bildirib: “Reanimasiyadan çıxdıqdan sonra səhhətində irəliləyiş olarsa, 1 həftə müddətində ayağa qalxma ehtimalı var".

Həmçinin vurğulanıb ki, xəstənin yaxınları ilə Mədəniyyət Nazirliyinin səlahiyyətli əməkdaşları mütəmadi ünsiyyətdədir: “Nazirlik Əməkdar artistin səhhəti ilə bağlı məsələni diqqətdə saxlayır”.

Qeyd edək ki, bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Əməkdar artist Elxan Qasımov mayın 9-da əməliyyat olunub.

Elxan Qasımova aorta anevrizmasının partlaması diaqnozu qoyulub. O, hazırda özəl xəstəxanaların birində reanimasiyadadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1193 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...