Mina qəzəbləndi: “Videolarımı özünüz silin, yoxsa...”

Müğənni Mina Hüseyn sosial şəbəkə hesabında "YouTube" platformasında onun haqqında müxtəlif videolar paylaşan kanallara müraciət edib.

Yenisabah.az xəbər verir ki, o, paylaşımında bu cür videoların öz təşəbbüsləri ilə silinməsini xahiş edib.

Müğənni bildirib ki, heç kimin qazancına mane olmaq və ya kiməsə pislik etmək niyyətində deyil. O, paylaşımında deyib:

"Hər kəsə salam! Buradan "YouTube" platformasında kanal açıb mənim haqqımda müxtəlif videolar paylaşan (əsas da xəbər tipli) hər kəsə müraciət edirəm. Xahiş edirəm, həmin videoları özünüz siləsiniz.

Mən heç kimin ruzisinə mane olmaq və ya kiməsə pislik etmək istəmirəm. Başa düşürəm ki, YouTube üzərindən gəlir qazanan müxtəlif kanallar var. Buna görə də, rəsmi şəkildə şikayət edərək (strike atıb) videoları sildirmək niyyətində deyiləm. Sadəcə, sizdən xahiş edirəm ki, mənim haqqımda yaymladığınız bütün videoları öz təşəbbüsünüzlə siləsiniz."


Mina qəzəbləndi: “Videolarımı özünüz silin, yoxsa...”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
45 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...