Elza Seyidcahan velosipeddən yıxılıb yaralandı

Elza Seyidcahan velosipeddən yıxılıb yaralandı

Əməkdar artist Elza Seyidcan velosipeddən yıxılaraq ayağından yaralanıb. Bu barədə musavat.com-un əməkdaşına danışan bəstəkar-müğənni zədənin hələ də ağrı verdiyini deyib:

“Eşidəndə ki, ölkəmizdə keçiriləcək Avropa Oyunlarında velosiped yarışları da olacaq, buna çox sevindim. Həvəslənərək velosiped sürməyi öyrənmək istədim. Bu məqsədlə Milli Parkda velosiped sürmək istəyənlər üçün nəzərdə tutulmuş yerə yollandım. Velosipedlə bir az hərəkət etmişdim ki, müvazinətimi saxlaya bilməyib yıxıldım. Nəticədə isə ayağımdan zədə aldım”.
Daha sonra Elza Seyidcahan kürəkəni fotoqraf Elxan barəsində danışıb:
“O, mənim bütün işlərimdə yardımçımdır, eyni zamanda da fotoqrafımdır. Nə problemim olsa birinci növbədə Elxana müraciət edirəm”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1439 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...