Aktyor mitinqə görə işdən çıxarılması haqda xəbəri yalanladı

Aktyor mitinqə görə işdən çıxarılması haqda xəbəri yalanladı

Aktyor Ayşad Məmmədli müxalifətin mitinqinə qatıldığına görə işdən çıxarılması ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

Aktyor AzVision.az-a açıqlamasında bildirib ki, o, işdən çıxarılmayıb, deyilənlər şaiədir.

"Mən jurnalistləri heç nəyi bilmədən, heç nəyi dəqiqləşdirmədən haqqımda yalan məlumatlar yazdıqlarına görə qınayıram. Əvvəlcə zəng edib yoxlamaq, dəqiqləşdirmək lazım idi. Hazırda teatrda məşqdəyəm. Mən teatrla yaşayıram, burada işləyirəm. Məni yeni tamaşalarda görəcəksiniz” - aktyor Ayşad Məmmədli deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1239 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...