"Şou nömrə bir özüməm" - Ramaldan iddia

"Şou nömrə bir özüməm" -


Müğənni Ramal İsrafilov efirlərə çıxmamasının səbəbini açıqlayıb. Axşam.az-ın məlumatına görə, sənətçi solo konsertə hazırlaşdığını bildirib:

"Deyirlər Ramal yoxdur, gec-gec efirdə görünür. Məndən olsa, heç verilişlərə çıxmaram. Nəzərdən, gözdən qorxuram. Əvvəlcədən danışıram, sonra işlərim alınmır. Konsertə hazırlaşıram. Mən adi deyiləm ki, hamı kimi konsertim olsun. Çalışacam ki, hər kəs musiqi və şoudan zövq alsın. "Şou nömrə bir" də özüm olacam. Öz yerimi heç kəsə verən deyiləm. Duet haqda düşünmürəm. Sənətlə bağlı planlarım var, onları reallaşdırmalıyam. Duet ortağın düzgün tapmaq lazımdır. Seçim edərkən ifaçının məşhurluğuna üstünlük vermək düz deyil". R.İsrafilov qohumu Mirkamil Kamilovun ondan inciməsinə və "Ramal 8 ildir mənə mahnı yazmır" sözlərinə cavab verib: "Gileylənməsinlər, hamısını çox istəyirəm. Vaxtım yoxdur, özləri yanıma gəlsinlər. Əsəbiləşirəm".

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
488 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...