“Sibel Cana oxşamaq istəyirəm” Könül Kərimova

 “Sibel Cana oxşamaq istəyirəm”


Müğənni Könül Kərimova ilk dəfə olaraq heyranı olduğu ifaçının adını açıqlayıb. ATV kanalına müsahibə verən ifaçı uzun illərdir ki, türkiyəli həmkarı Sibel Canın pərəstişkarı olduğunu etiraf edib.

“O xanımın pozitivliyini, gülüşünü, rəqsini sevirəm. İfası isə möhtəşəmdir. Mən etiraf edirəm. O xanıma bənzəmək istəyərdim. Hələ lent yazılarını çətinliklə əldə etdiyimiz vaxtlardan Sibel Canı sevirəm. Mən özüm kamera qarşısında nə qədər pozitiv olsam da, onun kimi özümdə cəsarət tapıb rəqs edə bilmərəm”.

İfaçı regionlarda, həmçinin Cabbar Musayev ilə Heydər Əliyev sarayında konsert verəcəyini də bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1353 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...