Roza Zərgərli nazirlərlə bir arada VİDEO

Roza Zərgərli nazirlərlə bir arada


Qırğızıstanda İssık-Gül gölünün sahilində ikinci “Meykin-Asiya” beynəlxalq festivalının rəsmi açılış mərasimi keçirilib.

ANS PRESS-in məlumatına görə, festivalın açılış mərasimində ilk olaraq tamaşaçılara səhnələşdirilmiş proloq, qırğız xalqının dünənindən və bu günündən bəhs edən kiçik bir tamaşa təqdim olunub. Daha sonra 19 ölkədən gəlmiş iştirakçılar bir-bir öz istedadını nümayiş etdirib. Ölkəmizi bu yarışmada təmsil edən müğənni Yaşar Yusub 12-ci nömrə altında “Yanındayam” mahnısını ifa edib. Festivalın təşkilat komitəsinin üzvləri sırasında məmurlar, mədəniyyət xadimləri və teleşirkət təmsilçiləri ilə yanaşı müğənni Roza Zərgərli yer alıb.
Roza Zərgərli nazirlərlə bir arada

Festivalın açılış mərasimində Qırğızıstanın baş naziri Temir Sarıyev, baş nazirin müavini Damir Niyazəliyev, mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksutov, daxili işlər naziri Melis Turqanbayev və digər mədəniyyət xadimləri iştirak edib.
Qırğızıstanın baş naziri Temir Sarıyev, baş nazirin müavini Damir Niyazəliyev, mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksutov, daxili işlər naziri Melis Turqanbayev də olub.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
737 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...