Aygünlə Ebru qarşı-qarşıya - Kim qalib gələcək?

Aygünlə Ebru qarşı-qarşıya -


Türkiyənin TMB telekanalında yayımlanan “Fan savaşları” yarışmasının bu dəfəki buraxılışında xalq artisti Aygün Kazımova ilə Ebru Gündəşin fanatları qarşı-qarşıya gələcək.

“Qafqazinfo” xəbər verir ki, verilişin şərtlərinə görə, fanatlar sevdikləri müğənninin adını yazaraq ona sosial şəbəkədə səs verirlər. Ən çox səs toplayan ifaçı və fanatları qalib hesab olunur. Qələbə qazanan müğənninin mahnıları və klipləri isə gün ərzində həmin telekanalda yayımlanır.

Qeyd edək ki, ““Fan savaşları” həftənin hər çərşənbə axşamı, cümə axşamı və cümə günü efirə gedir. Aygün və Ebru fanatlarının yarışması bu gün Bakı vaxtı ilə saat 19:00-da yayımlanacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1370 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...