Xoşqədəm: “Onu yaxınlarının yalvarışlarına görə bağışlayıram”

Xoşqədəm: “Onu yaxınlarının yalvarışlarına görə bağışlayıram”

Xəbər verdiyimiz kimi, Xoşqədəm Hidayətqızı onu tənqid edən izləyicilərini məhkəməyə verib
Axşam.az-ın məlumatına görə, aparıcı transseksual Nura Paşayevanın paylaşımını yenidən İnstaqram səhifəsində yayımlayaraq ondan üzr istədiyini bildirib:

“Məni tanıyanlar bilir ki, tənqidi normal qarşılayıram. Amma tənqidlə təhqiri səhv saldınsa, bax, o zaman gözüm heç nəyi görmür. Üç gün əvvəl özümə bir qərar verdim: özümə və ailəmə təhqir gördümsə, hüquqi müstəvidə mübarizə aparacam. Artıq bəzilərinə qarşı başlamışam.

Dünəndən bu şəxslər məndən üzr istəyirlər ki, profilimiz oğurlanıb, yazılanlardan xəbərimiz yoxdur. Bilmirəm gülüm, yoxsa ağlayım. Bu xanım isə deyir ki, bir sözdür də yazdım, indi də üzr istəyirəm. Bibisi oğlu və bəzi dost-tanışları xahiş etdi ki, bağışla. Səhifəsində bu paylaşımı etdikdən sonra bağışlamaq qərarına gəldim. Deyir, sizi təhqir etdiyim üçün millət məni söyür. Bu paylaşımı ona görə edirəm ki, bəzi danışığını bilməyənlər yerini və hüququnu anlasın. Məni sevməyə bilərsən. Ona görə də qərarım heç bir təhqirə göz yummamaqdır. Bu xanımı isə özünün və yaxınlarının yalvarışlarına görə bağışlayıram”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1000 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...