“Ən böyük hədiyyəm prezidentdən gəldi” - Xalq artisti

“Ən böyük hədiyyəm prezidentdən gəldi” -

Bu gün tanınmış xanəndə, xalq artisti Səkinə İsmayılovanın doğum günüdür. S.İsmayılova AzNews.az-a açıqlamasında bildirib ki, doğum gününü ailəsi ilə birlikdə qeyd ədəcək: “Bütün efirlərdən dəvət aldım. Canlı-canı ifalarımız oldu. Verilişdən sonra ziyafət süfrəsi açıldı. Təşkilatçı da xalq artisti Nəzakət Teymurova idi. Bizə dəyər verən insanlar sağ olsunlar”.

Səkinə İsmayılova qeyd edib ki, doğum günündə ən böyük hədiyyə ona Ölkə prezidentindən gəlib: “Təqaüdlərimiz artırılıb. Mən hər zaman dövlətimizin qayğısını hiss etmişəm. Həm xalqın sevimlisi olmaq, həm də dövlətin sənə dəyər verməsi böyük xöşbəxtlikdir. Prezidentin fərmanı da bizim ad günümüz ərəfəsinə düşdü. Fərman mənə çox böyük hədiyyə oldu”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1030 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...