Könül Nağıyeva “Diriliş Ertuğrul”dan getdi - VİDEO

Könül Nağıyeva “Diriliş Ertuğrul”dan getdi -

Azərbaycanlı aktrisa Könül Nağıyeva rol aldığı məşhur “Diriliş Ertuğrul” serialından ayrılıb.

Musavat.com xəbər verir ki, ekran işində öldüyü üçün uzaqlaşdığı serial haqda təəssüratlarını sosial şəbəkədə yazıb: “Gözəl insanlar, şərhləriniz, arzularınız üçün çox təşəkkür edirəm. Roluma görə bir az əsəblərinizi korladım. Amma köməkliyinizlə xoşbəxt oldum. Alanqoyanı sevmək çətindir, amma onun da inandığı gerçəklər var. Ona haqq qazandıraraq rolunu oynadım və sevdim”.

Qeyd edək ki, Könül Ertuğrulun düşməni olan Noyanın bacısı Alanqoya (Almila Hatun) obrazını canlandırırdı. Son bölümdə Ertuğrul Almılanın kim olduğunu öyrənir. Ertuğrulun anası Hayme onu xəncərlə öldürür.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1719 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...