“Diriliş Ertuğrul”un Aslıhanı onu narahat edən pərəstişkarından şikayət etdi FOTOLAR

“Diriliş Ertuğrul”un Aslıhanı onu narahat edən pərəstişkarından şikayət etdi

“Diriliş Ertuğrul” serialında Aslıhan Sultan obrazını canlandıran aktrisa Gülsim Ali İlhan polisə şikayət edib. “Ölkə.Az” xəbər verir ki, buna səbəb bir ildən çoxdur ki, onu narahat edən, tez-tez mesaj göndərən, evinə çiçək və üzük göndərən pərəstişkarının hərəkətləri olub. Aktrisanın pərəstişkarı haqqında cinayət işi qaldırılıb.

25 yaşlı Gülsimə sosial şəbəkədən şəxsiyyəti naməlum adam tərəfindən mesajlar göndərilib. Əvvəl buna fikir verməsə də, sonradan Timuçin K. adlı şəxsdən müntəzəm olaraq hədiyyə və çiçək göndərilib. Bir gün isə serial çəkilişində peyda olan Timuçini görən aktrisa qorxuya düşüb.

Sonra isə Timuçin aktrisanın evinin qarşısına üzük qoyub. Səhərisi gün üzüyü orada görməyəndə Gülsimin evlilik təklifini qəbul etdiyini düşünərək qapısını döyüb. Panikaya qapılan aktrisa polisə xəbər verib.


“Diriliş Ertuğrul”un Aslıhanı onu narahat edən pərəstişkarından şikayət etdi
“Diriliş Ertuğrul”un Aslıhanı onu narahat edən pərəstişkarından şikayət etdi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
927 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...