İsrail “Eurovision” müsabiqəsini keçirməyə pul tapmır

İsrail “Eurovision” müsabiqəsini keçirməyə pul tapmır

Müddətin başa çatmasına cəmi bir gün qalmış İsrail 2019-cu ildə “Eurovision” yarışmasının keçirilməsi üçün pul tapmır.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrailin “Kan” dövlət şirkəti baş nazir Binyamin Netanyahuya müraciət ünvanlayaraq, Avropa Yayım İttifaqına (EBU) 12 milyon avro köçürülməsini xahiş edib. Əks halda, ölkə müsabiqəni keçirmək hüququnu itirəcək.

Girov vəsaiti EBU-nun hesabına ölkənin beynəlxalq müsabiqəni qəbul etməyə hazır olduğunu sübuta yetirmək məqsədilə ödənilməlidir. İstisna hal kimi İsrail üçün bu müddət avqustun 14-nə kimi uzadılmışdı.

Teleşirkət Qüdsdə keçirilməsi planlaşdırılan mahnı müsabiqəsinin boykotla üzləşəcəyi ehtimalı olduğundan, öz vəsaitlərini xərcləməyə ehtiyat edir. Bununla birlikdə, “Eurovision-2019”un büdcəsi 157 milyon şekel (təxminən 45 milyon dollar) təşkil edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
842 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...