Bakirəliyini satışa çıxaran Məhbubə – Dünya ondan danışır – FOTOLAR

 Bakirəliyini satışa çıxaran Məhbubə –

Model Məhbubə Məmmədzadənin bakiriləyini satışa çıxarması xarici mətbuatın da diqqətini cəlb edib.

Minval.İnfo xəbər verir ki, Məhbubə Məmmədzadə bakirəliyini satmaq üçün dünyaca məşhur olan bir saytda elan verib. Saytda yerləşdirilən məlumata görə, modelin qızlığının qiyməti 100.000 avrodan başlayır. M.Mammədzadənin aşağıda təqdim olunan videoda dediyinə görə, qazandığı pula anasına ev almaq, Azərbaycanda kimsəsiz itlərə sığınacaq tikdirmək və xaricdə ən məşhur olan model agentliyində karyerasını davam etdirmək istəyir.
Modelin bu istəyini artıq dünyaca məşhur “Daily Mail”, Rusiyanın “REN TV”, “Lenta.ru”, eləcə də Türkiyənin “Haberler” kimi aparıcı informasiya vasitələri geniş şəkildə işıqlandırıb.

Minval.İnfo saytına danışan model xəbəri təsdiqləyib: “Bəli, elan vermişəm. Çünki evə ehtiyacım var. Mən əsasən xaricdə işləyirəm. Amma model kimi ev almağa gücüm çatmır. Bu səbəbdən belə qərar qəbul etdim. Mən bunun Azərbaycanda kiminsə bilməsini istəmirdim. Necə xəbər tutulub, bilmirəm. Şokdayam. Şəxsi evimin olmasını istəyirəm, niyə də olmasın?”

Model sonda əlavə edib ki, anası da hər şeyi bilir, məsələdən xəbəri var.

 Bakirəliyini satışa çıxaran Məhbubə –
 Bakirəliyini satışa çıxaran Məhbubə –
 Bakirəliyini satışa çıxaran Məhbubə –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1849 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...