Flora Kərimova: «Əgər Röya məni və qəzeti məhkəməyə versə, onda…»

Flora Kərimova: «Əgər Röya məni və qəzeti məhkəməyə versə, onda…»

Xalq artisti Flora Kərimova müğənni Röya Ayxanı qarşılıqlı iddia ilə məhkəməyə verməyə hazırlaşdığını deyir…
Xəbər verildiyi kimi, müğənni Röya Ayxan bəzi KİV-də tanınmış sənətkar, Xalq artisti Flora Kərimovanı aşağılayan və böhtan atılmaqla ictimai nüfuzuna ağır zərbə vuran açıqlamalar yayımlamışdır. Tezadlar.az saytının ötən günkü buraxılışında isə Flora Kərimova cavab imkanından istifadə edərək Röyanı sərt tənqid etmişdir. Saytın 28 avqust 2018-ci il tarixli buraxılışında yer alan cavab yazısında Xalq artisti Flora Kərimova Röyanın sosial şəbəkələrdə yayımlanan rüsvayçı video və çılpaq geyimli fotolarından da istifadə etməklə onun kimliyini açıb göstərmişdir.
F.Kərimovanın cavab yazısı böyük ictimai reaksiya doğurub və çoxsaylı saytlar və FB istifadəçiləri həmin yazını və qeyd edilən video və fotoları öz səhifələrində yayımlayıblar.

Bu gün pravdainfo.org saytına daxil olan məlumatda isə bildirilirdi ki, müğənni Röya Xalq artisti Flora Kərimovanı, eləcə də «Təzadlar» qəzetini və saytını məhkəməyə verməyə hazırlaşır. Məsələyə aydınlıq gətirmək üçün Xalq artisti Flora Kərimova ilə telefon əlaqəsi sayxadıq. Xalq artisti Röyanın onu məhkəməyə verməyə hazırlaşması xəbərinə istehza ilə yanaşdı və bunları dedi:

-Mənə çatan məlumata görə, aparıcı Tolik və Röya sabah TV-dən birinin səhər buraxılışında mənə sürpriz hazırlayırlar… Çox əla! Toliki qoyuram bir kənara, amma əgər Röya məni və ona cavab haqqımı dərc edən «Təzadlar» qəzetini məhkəməyə versə, onun mənə qarşı etdiyi böhtan və təhqirlərə, ictimai nüfuzuma ağır zərbə vuran açıqlamalarına görə mən də qarşılıqlı iddia ilə onu məhkəməyə verəcəyəm…

Flora Kərimova: «Əgər Röya məni və qəzeti məhkəməyə versə, onda…»
Flora Kərimova: «Əgər Röya məni və qəzeti məhkəməyə versə, onda…»

Röyalə təkcə mənə sataşsaydı, məhz o olduğuna görə o qədər də əhəmiyyət verməzdim. Oğluna tərbiyə verə bilməyən birisi, övladımın adını axmaq məsləhətlərilə çəkməklə qırmızı xətti keçdi... Davakar, riyakar, paxıl, söyüşkən, böhtançı, yalançı... millətin heysiyyatı ilə hesablaşmayan sən Röyalə, bu xüsusiyyətlərinə görə qazandığın və səndən acıq çıxmaq istəyən düşmənlərin qəzəbindən, övladını, ona verdiyin rəzalətdən necə qurtara biləcəksən? Odur ki, qulağını aç, eşit: məhkəməyə gedirsənsə, çox yaxşı, amma bil ki, elə həmin məhkəmədə etdiyin təhqirlərə və atdığın böhtanlara görə cavab verməli olacaqsan… Zavallı qadın…



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
945 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...