"Ora qayıtmayacam, ailəm qoymur" - Fatimə qalmaqallı verilişdən getdi

"Ora qayıtmayacam, ailəm qoymur" -

Aparıcı Sərxan Kərəmoğlu ilə müğənni Mətanət Əsədova arasındakı qalmaqaldan sonra "Lider” telekanalında efirə gedən "Xoş gəldin” proqramının yayımı dayandırılıb.

GUNDEMİNFO.AZ xəbər verir ki, Axşam.az-a açıqlama verən proqramın digər aparıcısı, rəqqasə Fatimə Fətəliyeva verilişin aqibətindən danışıb. O bildirib ki, "Xoş gəldin” efirə getsə də, ora qayıtmayacaq:

"Hər gün deyirlər ki, veriliş başlayacaq, amma yeni formatda. Proqram yenidən başlasa da, mən aparıcı kimi orada yer almayacam. Çünki ailəmdə də buna icazə vermirlər. Bu cür qalmaqallar mənə aid deyil. Özümə söz vermişəm ki, bundan sonra heç vaxt kiminləsə birlikdə aparıcılıq etməyəcəm, yalnız tək olacam”.

Fatimə proqrama gətirdiyi sponsorlardan da söz açıb:

"Sponsorlar mənə görə heç nə demirlər. Amma verilişə pul ödəyiblər. Yenidən başlayanda, yönləndirəcəm, orada reklam edilsinlər”.

Rəqqasə M.Əsədova ilə aralarında yaşanan söz-söhbətə də aydınlıq gətirib:

"Verilişdə Sərxan Kərəmoğlu Mətanətlə bağlı danışdı. Məni niyə qatdılar bu davaya bilmədim. Verilişdən sonra Mətanətə zəng vurub danışdım, dedi sabah efirdəyəm yığarsan. Yığdım, amma mənə çox hörmətsizlik edildi. Nə Mətanət "sağ ol” dedi, qulaq asdı, nə də Tolik imkan verdi. Səsim də qəfil efirdə kəsildi. Çox peşman oldum ora zəng etməyə”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
849 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...