Türkiyənin məşhur aktrisası anası ilə Bakıda... – FOTOLAR

Türkiyənin məşhur aktrisası anası ilə Bakıda... –

Türkiyənin məşhur aktrisası Müge Boz rol aldığı “Qış nağılı” filminin mətbuat konfransı üçün Bakıya gəlib.

Musavat.com xəbər verir ki, aktrisa paytaxtımıza anası ilə təşrif buyurub.

Mətbuat konfransına da anası ilə qatılan aktrisa film haqqında təəssüratlarını bölüşüb: “Gözəl komanda ilə çalışdım. Ötən dəfə bacımla gəlmişdim, o a filmdə kiçik rol aldı. Hazırda işləri olduğu üçün gələ bilmədi. Bu dəfə anamla gəlmişəm. Siz çox qonaqpərvərsiniz. Burada olmaqdan məmnunam. Çəkilişlər çox maraqlı keçdi. Əyləncəli, peşəkar komanda ilə çalışmaq mənə zövq verdi”.

Qeyd edək ki, “Cinemazadeh” tərəfindən ərsəyə gətirilən film dekabrda təqdim olunacaq.


Türkiyənin məşhur aktrisası anası ilə Bakıda... –
Türkiyənin məşhur aktrisası anası ilə Bakıda... –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
876 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...