Məşhur müğənnimizin Çelentano yalanı: böyük ayıb – Video

Məşhur müğənnimizin Çelentano yalanı:

Bir müddət öncə məşhur müğənni Vaqif Nağıyev Adriano Çelentano ilə eyni səhnəni bölüşdüyünü iddia etmişdi. Və bu xəbərlər demək olar ki, bütün Azərbaycan mətbuatında geniş yer almış, hətta o bu barədə müsahibə də vermişdi. Lakin məlum olub ki, müğənni Azərbaycan xalqına böyük bir yalan danışıb.

Publika.az xəbər verir ki, V.Nağıyevin duet oxuduğu şəxs əfsanəvi italyan ifaçısı Adriano Çelentanonun özü deyil, sadəcə bənzəri Adolfo Sebastiyanidir. Adolfo Sebastiyani “Lui e gli Amici del Re - Adriano Celentano Tribute Band” qrupunun solistidir. Musiqi kollektivinin solisti Adolfo Sebastiyani Adriano Çelentanoya sadəcə zahirən deyil, həm də valehedici vokal oxşarlığı ilə diqqət çəkir. Böyük oxşarlığı maestro konsertlərin birində belə qiymətləndirib: "Belə təəssürat yaranır ki, bizdən iki dənədir”.

Lakin Vaqif Nağıyevin həm sosial şəbəkədə, həm də mətbuata bu barədə yalan açıqlama verməsi birmənalı qarşılanmayıb. Hətta onu sərt təhqir edənlər də olub. Hər halda belə yalandan istifadə edərək hər kəsi aldatmağın cavabının bu cür olacağını o, özü də bilməmiş deyildi. Görünür, Vaqif "hər şey reklama qurban" prinsipi ilə fəaliyyət göstərib. Bizsə bu ucuz reklama sadəcə təəssüf edə bilərik...

Xatırladaq ki, V.Nağıyev Bakıda anadan olub. 3 yaşında Heydər Əliyev Sarayının səhnəsində, görkəmli bəstəkar Oqtay Zülfüqarovun ansamblının tərkibində çıxış edib. 9-cu sinfə qədər Bülbül adına Musiqi Texnikumunda təhsil alıb. Sonra Moskvada "Qnesinıx" adına kollecə təcrübə keçməyə göndərilib. Bakıya qayıtdıqdan sonra 63 saylı orta məktəbdə və Tofiq Quliyev adına 12 saylı musiqi məktəbində təhsil alıb. 2008-ci ildən prezident təqaüdçüsüdür. 2014-cü ildə isə "Ukraynanın səsi" yarışmasında iştirakı ilə yadda qalıb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
866 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...