Azərbaycanlı müğənni Makronun ailəsini şantaj etdi, həbs olundu

Azərbaycanlı müğənni Makronun ailəsini şantaj etdi, həbs olundu

27 yaşlı azərbaycanlı Fransa Prezidenti Emmanuel Makronun ögey qızını şantaj etdiyi üçün həbs olunub.

Virtualaz.org xəbər verir ki, bu haqda “Parisien” nəşri yazıb.

Məumata həmin azərbaycanlının müğənni olduğu və Makronun həyat yoldaşı Bricit Makronun birinci nigahdan olan qızı Tifani Ozyeri şantaj etdiyi bildirilir.

Bildirilir ki, heç yerdə işləməyən gənc müğənni 2 yaşı olanda valideyinləri ilə birlikdə Azərbaycandan Fransaya köçüb. Hazırda ciddi maliyyə çətinlikləri içərisindədir və düşdüyü vəziyyətdən çıxmaq üçün Bricit Makronun qızını şantaj etməkdən yaxşı yol tapmayıb.

Fransa prezidentinin ailəsinin vəkili jurnalistlərə bildirib ki, həmin şəxs Tifani Ozyerin sosial şəbəkə hesabının hamıya açıq olmasından istifadə edib. O, Tifani Ozyerə sosial şəbəkədə yazıb ki, Emmauel və Bricit Makronların böyük pərəstişkarıdır. İstəyir ki, prezident ailəsi onun xidmətlərini nəzərə alsın. Müğənni iddia edib ki, Yelisey sarayının əməkdaşından əldə etdiyi “həssas xarakterli” sənədlərə malikdir. Onun sözlərinə görə, həmin sənədlər prezidenti zəiflədə və təhlükəsizliyinə zərbə vura bilər.

Azərbaycanlı gənc həmin sənədləri yalnız Parisdə mənzil və 300 min avro qarşılığında verəcəyini deyib.

Tifani Ozyer bu məlumatı oxuyub, amma ona əhəmiyyət verməyib. Amma məlumat Yelisey sarayının təhlükəsizlik əməkdaşlarının diqqətini cəlb edib.

Montrey jandarmının axtarış briqadası şantajçının izinə tezliklə düşə bilib. Məlum olub ki, bu bütün şüurlu həyatını Fransada yaşayan azərbaycanlıdır. Maraqlıdır ki, həmin adam Fransa prezidentinin ögey qızına məktub göndərəndə heç kimliyini gizlətməyi də lazım bilməyib.

Nəhayət sentyabrın 17-də onu saxlayıblar və həbs ediblər. Məhkəmə ekspertizası adamın hansısa psixi pozğunluqlarının olmadığını müəyyənləşdirib. 2020-ci il yanvarın 30-da o, şantaj ittihamı ilə məhkəmə qarşısında dayanacaq. Şəxsi 5 ilə qədər həbs və 75 min avro cərimə gözləyir. Və o hələ də iddia edir ki, əlində prezidentlə bağlı mühüm sənədlər var.

“O, həmin sənədlərin məzmununu jandarmlara açıqlamaq istəməyib, deyib ki, ancaq prezidentin ailəsinə və ya jurnalistlərə verə bilər”, - prokuror Paskal Markonvil bildirib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
105 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...