Fədayə Tacirin arzusunu ürəyində qoydu

Fədayə Tacirin arzusunu ürəyində qoydu

Məhbusların qaçmasına yardım etdiyi üçün 1 saylı Bakı İstintaq Təcridxanasında həbsdə olan müğənni Fədayə Laçın oktyabrın 29-da səhər saatlarında azadlığa çıxıb...

Fədayə Laçın jurnalistləırə ilk açıqlamasında “oxumaq üçün ürəyim partlayır” deyib. Xanım sənətçinin azadlığa çıxması xəbərini vaxtilə onunla duet ortağı müğənni həmkarı Tacir Şahmalıoğlu necə qarşılayırb? Bu iki sənətçini yenidən duet ortağı kimi səhnədə görmək mümkün olacaqmı?

Gundeminfo.az xəbər verir ki, Modern.az-ın əməkdaşı bu suallarla müğənni Tacir Şahmalıoğluya müraciət edib. O bildirib ki, Fədayənin azadlığa çıxmasına öz ailəsi qədər sevinib:

“Hər kəs bilir ki, biz Fədayə xanımla çox yaxın olmuşuq. Hətta bir səhnəni və eyni musiqini bölüşmüşük. Fədayə mənim ən yaxın dostlarımdan biridi. Düzü onun həbs olunması xəbərini eşidəndə çox pis olmuşdum. Həyatdır da, səhvsiz insan olmur. Bu da Fədayənin bir səhvi idi. Bir səhvsiz var, o da Allahdır. Şükür olsun ki, indi azadlıqdadır.

Bir zamanlar belə xəbər yayılmışdı ki, mənimlə onun arasında bu məsələyə görə soyuqluq yaranıb. Əksinə, mən hər zaman ona bir xanım kimi dəyər vermişəm. Çünki mənim əsas duet ortaqlarımdan biridir. Deyərdim ki, hər kəs bizi “Tacir-Fədayə” deyə səsləyir. Fədayə deyiləndə ilk Tacir yada düşür, yaxud da əksinə. Mənə elə gəlir ki, bu gündən artıq Fədayə ancaq öz sənətini düşünüb, bu yolda da addımlayacaq. Çünki həbs müddəti zamanı həyatın ağrı-acısını gördü. Belə başa düşürəm ki, bir də belə səhvlərə yol verməz”.

Tacir Şahmalıoğlu Fədayə Laçınla yeni bir duet oxumaq haqqında düşündüyünü də söyləyib:

“İndi təzə azadlığa çıxıb, bir az özünə gəlsin, inşallah ki, yeni duet oxumaq fikrim var. Düşünürəm ki, bu bizləri sevən dinləyiciləri və fanatları daha da sevindirəcək. Bununla da sübut edəcəyik ki, Tacir-Fədayə dueti hələ ölməyib”.

Lakin Fədayə duet məsələsində elə də istəkli görünmür. Axşam.az-a danışan xanım ifaçı Tacirin arzusunu ürəyində qoyacaq açıqlama verib:

“Qalmaqaldan xəbərim olmayıb. Ondan çox şey öyrənmişəm. Amma gedib birlikdə duet yazdıraq, lentə aldıraq olmayacaq. Ancaq verilişlərdə, toylarda duet oxumağımızı istəyən olsa, nə edə bilərik?”

Qeyd edək ki, Tacir Şahmaloğlunun illər əvvəl Fədayə Laçınla eşq yaşadığı deyilirdi.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
128 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...