Bakıda "Yeddi gözəl" beynəlxalq layihəsi təqdim olunacaq

Bakıda "Yeddi gözəl" beynəlxalq layihəsi təqdim olunacaq

"GALA OPERA BAKU" "Yeddi Gözəl" ("Seven Beauties") beynəlxalq layihəsini təqdim edəcək.
"Report" xəbər verir ki, tədbir gələn il fevralın 29-da Heydər Əliyev sarayında keçiriləcək.
Bu, bir səhnədə yeddi opera divasını birləşdirən unikal konsert layihəsidir. Konsert "by Sultan Couture" brendinin yaradıcısı, məşhur rusiyalı kutyure Orxan Sultanın yubileyinə həsr ediləcək.
Qeyd edək ki, Orxan Sultan yalnız kostyum dizayneri, dekorator yox, eyni zamanda Rusiya Dizaynerlər İttifaqının, Parisdəki Rus Rəssamlar Birliyinin üzvü, habelə moda sənayesi sahəsində beynəlxalq mükafatların laureatıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
752 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...