Flora-Afət qalmaqalında ara qarışdı - İfaçı məhkəməyə üz tutdu, Tolik ifşa etdi

Flora-Afət qalmaqalında ara qarışdı -

Tanınmış prodüsser, teleaparıcı Tarix Əliyev (Tolik) Afət Fərmanqızı və Xalq artisti Flora Kərimova qalmaqalına münasibət bildirib.

“Gundeminfo” xəbər verir ki, o, aparıcılara xəbərdarlıq edib və Flora xanımı qalmaqallara çəkməmələrini istəyib:

“Mən heç kimin tərəfini tutmuram, çünki hərə özünə görə haqlıdır. Amma mən düşünürəm ki, bu gün Flora xanımın qalmaqallarda olmağının səbəbi bəzi aparıcıların buna şərait yaratmasıdır. Sizə düzünü deyəcəyəm, Afəti də qınamıram, yazıq qız bir dənə Nəsiminin mahnısını oxudu, hamı oldu alim, musiqişünas, amma bu mahnıdan bir il keçib yenə Afətdən əl çəkmirlər. Siz Afətdən danışmasanız, o çıxıb kimə söz atacaq? Heç kimə. Ona görə də o özünü müdafiə edir. Və düşünürəm ki, Flora xanım ona qalmaqallı suallar verilməyinə icazə verməməlidir, çünki bu gün deyilən hər sözə cavab gələcək”.

Tolikin bu paylaşımına ifaçı Afət Fərmanqızı da səssiz qalmayıb. O, Xalq artisti üçün məhkəməyə müraciət etdiyini deyib:

“Canım Tolik, hər zaman doğruları demisən, bu gün də yenə öz ampluanda doğruları dedin. Vallah, tənqidə heç nə demirəm, amma təhqiri heç kəs qəbul etməz. O mənə dediyi təhqirlərin hamısı məhkəməyə göndərilib. Məhkəmə araşdırıb kimin haqlı olduğunu deyəcək. Artıq məhkəməyə müraciət etmişəm. Xalq görəcək haqlı kimdir”.

Tolik izləyicisindən gələn “Afət 4000 verib mənim verilişimə paket alıb qonaq gəlmək üçün deyən siz deyildiniz? Belə çox bəyənirdiniz. Özünüz dəvət edərdiniz verilişə” rəyinə cavab verib. O, A.Fərmanqızını vaxtilə efirə pulla çıxdığını bir daha təsdiqləyərək xanım ifaçını ifşa edib:

“Bəli, verilişə paket alıb çıxmışdı. Baxın, mən Flora xanıma qıymıram, çünki sənətkardır, istəmirəm qalmaqalda olsun”.

Xatırladaq ki, Flora Kərimova da açıqlamasında bildirmişdi ki, Afət üçün məhkəməyə müraciət edəcək, hazırda sənədləri toplayır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
799 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...