“Oğluma “Instagram”ı olan qız almaram” - VİDEO

“Oğluma “Instagram”ı olan qız almaram” -

ARB TV-də yayımlanan “Ona qalsa” verilişində qonaq olan müğənni Afət Fərmanqızı oğlunu evləndirmək istədiyini deyib.

Oxu.Az xəbər verir ki, qalmaqallı açıqlamaları ilə gündəmi zəbt edən sənətçi oğluna “Instagram”ı olmayan qız alacağını söyləyib:

“Oğlum mənə deyir ki, sənin zövqünlə evlənsəm, müharibə başlayacaq, mənim işimə qarışma. Deyirəm ki, gedək kəndimizdən kasıb bir ailənin başıaşağı bir qızı var, onu alaq, heç nəyi də lazım deyil.

Səni çox istəsin, nəvələrim olsun, bizim çayımızı, yeməyimizi versin, bəsdir. Çox gözüaçıq, “Instagram”ı olan qız istəmirəm. Biz müğənniyik, bizə “Instagram” olar”.

Qeyd edək ki, müğənni A.Fərmanqızı aylar öncə açıqlamasında oğlunun Avropada yaşayıb, oranın ən bahalı ali məktəblərinin birində təhsil aldığını bildirmişdi.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
844 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...