Hadisə sevgilisi ilə evlənməyə hazırlaşır

Hadisə sevgilisi ilə evlənməyə hazırlaşır

Qısa müddət əvvəl eşq yaşamağa başlayan aktyor Kaan Yıldırımla müğənni Hadisə ailələrini tanış edib.

Publika.az xəbər verir ki, Yıldırım ailəsi Hadisənin səmimiyyətindən məmnun qalıb.

Cütlüyün yaxın müddətdə evlənəcəyi də iddia olunur.

Qeyd edək ki, Türkiyə mediası cütlüyün münasibətlərinin təməlinin təxminən 4 ay əvvəl Hadisənin yaxın rəfiqəsi olan Seda Bakan tərəfindən atıldığını iddia edir.

Xatırladaq ki, sosial media hesablarını aktiv istifadə edən Hadisə xallı itlə çəkdirdiyi fotosunu paylaşmış, bundan sonra “Benek” adlı itin Kaan Yıldırıma məxsus olduğu ortaya çıxmış və onların birlikdə olduğu məlum olmuşdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
718 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...