Tanınmış tarzənin maşınını qarət edən şəxs tutuldu

Tanınmış tarzənin maşınını qarət edən şəxs tutuldu

Yanvarın 12-i günorta saatlarında Səbail rayonu T.Elçin küçəsində “Toyota” markalı avtomobildən açıq qapıdan daxil olmaqla Humay Qədimovaya məxsus içərisində 3 500 manat pul kisəsinin oğurlanmasına görə polisə müraciət daxil olub.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin müraciət üzrə Bakı ŞBPİ Cinayət-Axtarış İdarəsi, Səbail Rayon Polis İdarəsinin (RPİ) Cinayət-axtarış şöbəsi, 9-cu Polis Bölməsi və Neftçala Rayon Polis Şöbəsinin birgə keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri ilə Cinayət Məcəlləsinin (CM) 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1993-cü il təvəllüdülü Nurəddin Qarayev saxlanılaraq istintaqa təhvil verilib.

İlkin araşdırmalar zamanı müəyyən olunub ki, o, fevralın 11-də Xətai rayonu, Telnov küçəsində “Toyota” markalı avtomobildən eyni üsulla 1 200 manat dəyərində noutbuku oğurlayıb.

Onun barəsində Səbail RPİ İstintaq şöbəsində CM-in müvafiq maddələri ilə cinayət işi açılıb. Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, H.Qədimova tanınmış tarzəndir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
737 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...