Türkiyənin tanınmış aktyoru vəfat etdi

Türkiyənin tanınmış aktyoru vəfat etdi
Uzun müddətdir ağciyərindəki xronik xəstəlikdən əziyyət çəkən tanınmış aktyor Umut Demirdelen dünyasını dəyişib.
“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə məlumatı teatr aktyoru Nedim Sabah verib.
“Təəssüf ki, bir saat öncə dünyasını dəyişdi. Uzun müddət idi ki, ağciyərindəki problemlə mübarizə aparırdı. Başımız sağ olsun”.
Qeyd edək ki, 67 yaşlı aktyor “Kurtlar Vadisi”, “Yaprak Dökümü” və “Söz” seriallarındakı rolu ilə məşhur olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
789 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...