Mehriban Xanlarova Afaq Bəşirqızının müdafiəsinə qalxdı: “Ar olsun sizə!”

Mehriban Xanlarova Afaq Bəşirqızının müdafiəsinə qalxdı:

“Əskim tüstülüdür. Bir söz deyirəm, o dəqiqə hamı sözlərimi təhrif edib, özünə sərf edən şəkildə müzakirə etməyə başlayır. Amma birmənalı şəkildə sevimli sənətkarımız Afaq xanımın tərəfindəyəm”.

Bu sözləri Əməkdar artist Mehriban Xanlarova Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.

Sənətçi bir neçə gün öncə ARB TV-də yayımlanan “Elgizlə izlə” verilişinin canlı efirində Xalq artisti Afaq Bəşirqızının telefonda işlətdiyi qeyri-etik ifadələrə bu cür münasibət bildirib:

“Sosial şəbəkələri açırsan, hamı baltanı əlinə alıb. Bilib-bilmədən tənqid bir yana, təhqir edirlər. Elə söyüşlər yazırlar ki...Özləri hansı tərbiyədən, əxlaqdan, vicdandan danışırlar? Sosial şəbəkə izləyiciləri elə biədəb sözlər yazıblar ki, mən o sözləri dilimə gətirməyə utanıram. Bəsdirin, yetər artıq!

Kimin ixtiyarı var ki, xalqın sevimli sənətkarını gözdən salıb, nalayiq ifadələrlə təhqir etsin? Siz axı kimsiniz? Tənqid edə bilərsiniz, amma bir insanı bu dərəcədə təhqir etməyə icazə verilməyib. Ucundan tutub ucuzluğa gedirlər. Ar olsun sizə! Afaq xanım görkəmli sənətkarımızdır. Ən azından yaşına hörmət etməyi bacarın!”

Əməkdar artist qalmaqallı mövzu ilə bağlı fikirlərini tamamladıqdan sonra karantin günlərindən danışıb, küçəyə çıxmaq üçün SMS-lə verilən iki saatlıq icazənin yetərli olmadığını dilə gətirib:

“Hamı kimi mən də mümkün qədər özümü bu xəstəlikdən qorumağa çalışıram. Küçəyə çıxanda mütləq şəkildə maska, əlcək və spirtdən istifadə edirəm. Hər zaman yardıma ehtiyacı olan yaxınlarımın yanında olmuşam. Karantində də imkan daxilində çalışıram ki, köməyimi əsirgəməyim. Missiyamı bu günlərdə də davam etdirirəm. SMS-lə verilən iki saat icazə, inanın ki, mənə bəs etmir. İşləyən və gününü qaçhaqaçda keçirən insan üçün çox çətindir. Çətin olsa da, buna dözməliyik. “Biz bir yerdə güclüyük” və “Evdə qal” çağırışlarına da mən də qoşuluram. Hamıya da deyirəm ki, məcbur olmadıqca evdən küçəyə çıxmayın! Evdə qalın, sağlamlığınızı qoruyun!”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
717 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...