"Kişim yoxdur, dünyanın xoşbəxtiyəm" — Əməkdar artist

"Kişim yoxdur, dünyanın xoşbəxtiyəm" —

Əməkdar artist Gövhər Rzayeva hər zaman sinə dekolteli paltarlar geyinməsinin səbəbini açıqlayıb. Open.az xəbər verir ki, qarmon ifaçısı bu haqda "Ona qalsa" proqramında danışıb. Musiqiçi deyib ki, heç vaxt sinəsibağlı geyinə bilmir:

"Məni belə görüblər, alışıblar. Boğazıbağlı geyinə bilmirəm. Ürəyim sıxılır. Evdə işimə heç kim qarışmır. Mən onların anasıyam, onlar mənim yox.

Evdə yeməyi ancaq özüm bişirirəm. Bircə ev təmizləməyi mənə deməyin. Amma şkafımı özüm təmizləyirəm".

Kişilərdən danışan G.Rzayeva həyatında heç kimin olmadığını vurğulayıb: "Kişilər də müxtəlif olur. Bəzisi var ki, Allah onu bayır üçün yaradıb. Gedir xərcləyir, əliaçıqdır. Amma evdə arvad pul istəyəndə canına azar olur. Eləsi var ki, evdə də xərcləyir, çöldə də... Adamın pulu olmayanda, beli bükülür. Mənim kişim yoxdur, dünyanın xoşbəxtiyəm. Canım rahatdır".





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
774 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...