Rəqsanə hoteldə hamam xalatında görüntülərini paylaşdı - VIDEO

Rəqsanə hoteldə hamam xalatında görüntülərini paylaşdı -

Rusiyaya köçüb, orada müğənnilik fəaliyyətini davam etdirən Rəqsanə İsmayılova sosial mediada yeni paylaşımı ilə gündəmə gəlib.

Oxu.Az xəbər verir ki, sənətçi hoteldə hamam xalatında yataqda uzanaraq kamera qarşısına keçib.

Görüntülərdə mehmanxana otağının eyvanına çıxan sənətçi təmiz hava qəbul edib.

Çoxmərtəbəli hotelin eyvanından dənizə açılan gözəl mənzərəni çəkib, izləyiciləri ilə sosial media hesabında paylaşan R.İsmayılova koronavirus pandemiyası səbəbindən toy və el şənliklərinin Rusiya ərazisində keçirilməsinə icazə verilməsi barədə yazıb:

“Artıq burada hər şey bitir. 16 iyundan etibarən terrası olan restoranlar açılır, 23 iyundan isə toylar başlayır. Məni çox çətin iş qrafiki gözləyir. Dincəlmək lazımdır”.


Qeyd edək ki, müğənni R.İsmayılova iş adamı Fazil Əmiraslanovla evlidir. Sənətçinin üç qız, bir oğlan övladı var.

O, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimi dövründə çətin vəziyyətdə qalmış, Moskvada yaşayan azərbaycanlılara ərzaq yardımı edib.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
905 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...