“Ay utanmaz, heç olmasa şəkil çəkdirmə” – İzzət ƏSƏBLƏŞDİ

“Ay utanmaz, heç olmasa şəkil çəkdirmə” –

“Karantin hamı üçündür. Müəyyən olunan qaydalara hamı əməl etməlidir. Üç oğlum var. Uşaqlarla birlikdə evdə oturmuşuq. Özümüzün və başqalarının həyatını qorumaq üçün karantin qaydalarına hamılıqla əməl etməliyik”.

Gundeminfo.az xəbər verir ki, bu sözləri tanınmış müğənni İzzət Bağırov "Xəzər" TV-də yayımlanan "5/5" verilişində deyib. Izzət karantin qaydalarını pozan şəxslər haqda çox sərt danışıb: “Karantini pozub istirahətə gedirlər. Sonra da dağdan, bağdan şəkil çəkdirib, insanları qıcıqlandırırlar. Ay utanmaz, heç olmasa şəkil çəkdirmə. Belə hallara hamılıqla qarşı mübarizə aparmalıyıq”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
325 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...