“Bu qızların üzündən oğlanlar evlənmir“ - Xalq artisti

“Bu qızların üzündən oğlanlar evlənmir“ -


Xalq artisti Gülyaz Məmmədova plastik əməliyyat etdirən qızları tənqid edib.

Yenisabah.az xəbər verir ki, sənətçi bu haqda ATV telekanalında yayımlanan "10-da görüşək" proqramında deyib.

Müğənni üzünə etdirdiyi prosedurları sadalayıb:

"Gah arıqlayır, gah kökəlirəm. Ona görə də üzüm sallanır. Düzünü deyəcəm. Üzümə mezoterapiya edirəm. Bir də alnımda botoks var. Bu yaxınlarda 10 kiloqram arıqladım, üzüm düşdü. Başqa heç bir plastik müdaxilə etdirməmişəm. İndi burunu qaldırırlar, qaşı qaldırırlar, deyirlər dəbdir. İnsanın bədənində dəb olar? Ona görə də oğlanlar evlənmir, subay qalıblar".

Sənətçi gənc xanımlara dolğu etdirməmələri məsləhət görüb:

"İndikilər gənc yaşda üzünə müdaxilə edirlər. Baxıram 26 yaşında qız saçına rəng qoyur, burun kəsdirir, dişlər vinir. Deyirəm, qızım niyə belə edirsən? İlk dəfə saçıma 35 yaşımda rəng qoydurmuşam. O da məcburiyyətdən.

Bu yaxınlarda kosmetoloqda idim, qız gəlib ayağına, yanağına, dodağına, bədəninə dolğu etdirir, burnunu kəsdirib".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
856 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...