Ceyms Bondun sevgilisi ölüb

Ceyms Bondun sevgilisi ölüb
Məşhur “Agent 007” filmindəki Ceyms Bondun sevgililərindən olan Steysi Satton rolunun ifaçısı Tanya Roberts 65 yaşında Los-Ancelesdə vəfat edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, aktrisanın ölümü ilə bağlı informasiyanı onun nümayəndəsi təsdiqləyib.

Məlumata görə, Tanya Roberts milad günü ərəfəsində iti ilə gəzməyə çıxıb, evinə qayıdanda yolda yıxılıb və kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Onu süni nəfəs aparatına qoşublar. Ancaq həkimlər beyinin öldüyünü əsas göstərərək T.Robertsi aparatdan ayırıblar.

Qeyd edək ki, Tanya Roberts (anadan olan zaman adı Viktoriya Li Blum olub - red) 1955-ci ilin oktyabrın 15-də Nyu Yorkda yəhudi-irland ailəsində anadan olub. 1970-ci illərin əvvəlində filmə çəkilməyə başlayıb. Rocer Murla “Agent 007” filmində Ceyms Bondun sevgililərindən biri rolunu oynayıb. Tanya “Vəhşi heyvanların hökmdarı”, “Şina cəngəllər kraliçası”, “Demək olar ki, hamilədir” kimi filmlərdə baş rolları oynayıb. 1990-cı illərin sonundan filmlərə çəkilməsə də, hərdən müxtəlif şou tədbirlərində görünüb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
54 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...