Səməd Səmədovun həyat yoldaşı: “Bütün günü onun mahnılarına qulaq asıram” - VİDEO

Səməd Səmədovun həyat yoldaşı:

Mərhum Xalq artisti Səməd Səmədovun həyat yoldaşı İradə Qasımova onun ölümündən və birlikdə keçirdikləri günlərdən danışıb.

Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişinin qonağı olan İ.Qasımova bu il çox itkisi olduğunu qeyd edib:

“Birinci baldız, sonra bacım, ən yaxın dostum getdi. Səməd nöqtəni qoydu, məni lap yandırdı. Səməd getdi... Çox yaxın adamlarımı itirdim. Səmədlə 45 ildir biz bir yerdə idik. Bu ərəfədə atam, anam, qardaşım və bacım idi”.

Veriliş zamanı o, Xalq artisti ilə xatirələrini yad edib:

“Səməd sağ olanda onun mahnılarına qulaq asanda “nə olub e qulaq asırsan, ölmüşəm bəyəm?” deyərdi. İndi bütün günü onun mahnılarına qulaq asıram, onunla danışıram amma cavab yoxdu...”

Qeyd edək ki, S.Səmədov iyulda koronovirusdan dünyasını dəyişib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
874 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...