Tariximizin Azərbaycan adına bərabər ADAMI

Tariximizin Azərbaycan adına bərabər

Kimsə Şah İsmayıl, Nadir Şah, Teymurləng, Çingizxan, Atilla, Atatürk, Məmməd Əmin Rəsulzadə haqqında bir söz desə cavabını yəqin çoxlarınız sərt verərsiniz.
Bu şəxsiyyətlər bizim bir Millət olaraq dəyərlərimizə çevrilmiş heykəl adamlardır.
Hər biri bir dəyərdir.
Artıq Qarabağı azad edən İlham Əliyev də o dəyərlərdəndir. Bu bir tarixi gerçəkdir!
İstəməyənlər, qarşı gələnlər, fərqli prizmadan yanaşanlar ola bilər. Amma 50-100 il keçəndən sonra da "Qarabağı azad edən komandan nə gözəl komandanır" deyə xitab ediləcək isimə çevrilib. Bəli tarix reallıqdır!

Bu gün sosial, siyasi, hüquqi və sair olaraq sıxıntılar içində ola bilərik. Rüşvət və korrupsiya var.

Amma heç Sultan Süleymanın, Sultan Fateh Mehmetin də zamanında onlara qarşı etirazlar, üsyanlar az olmayıb.

Tarix o etirazları sadəcə epizod olaraq xatırlayır. Amma İstanbulu fəth edən Sultan haqqında dünya durduqca danışılacaq.

Məmməd Əmin Rəsulzadə ideal deyildi. Səbəbləri çoxdur. Amma Rəsulzadə Cumhuriyyətimizin banisidir. Onu millətin yaddaşından qəlbindən silib atmaq mümkün deyil.

Əbülfəz Elçibəy Azərbaycanın ilk dempkratik Prezidenti olub. Müstəqil Azərbaycan uğrunda çox işlər görüb. Sadalamayım, xatırlayın...

Heydər Əliyev bir dünya lideri idi. Onun qurduğu sistem, yaratdığı mexanizmlər, xarici siyasət kursu 2020-ci ildə nəticə verirdi. Gec oldu. Amma təməlini Heydər Əliyev atmışdı.

İlham Əliyev bir TARİX ADAMDIR! O Azərbaycan adına bərabər yazılacaq yüksək bir zirvədir. İMZADIR! Heykəldir!

Bundan sonra kimsə Qarabağı Azərbaycandan qopara bilməyəcək!

Bundan sonra bir millət olaraq Zəngəzur, Göyçə, Güney Azərbaycan, Borçalı, Dərbənd kimi hədəflərimiz var. Bunu da mən deyirəm. Yazıram!

Hədəflərimiz böyükdür. Böyük olmağa da məhkumuq.

Bütöv olmağa, soyumuza, kökümüzə qayıtmağa məhkumuq.
Hər keçən gün bir tarix yazmaq lazımdır. Bu tarixi yazan millət və onun lideri, bu günlərdə birlikdə yaşadığımız ən böyük adam İlham Əliyevdir!

Tam səmimi və emosiyasız etiraf edirəm, İlham Əliyev Azərbaycan tarixinin ən böyük duhalarının ön sıralarındadır.

Bundan sonra da bu Millət böyük liderlər yetişdirəcək.

Buna zərrə qədər də şübhəm yoxdur. Amma Uca Tanrı bizə bu günləri görməyi nəsib etdisə, ona sonsuz sevgi və təşəkkürlər.

Tariximizin qızıl dövründə yaşamaq və bir zamanlar İlham Əliyevin dövründə yaşayıb yaradıb deyiləcək haqqımızda.

İlham Əliyevin dövrü Azərbaycanın 100 il adı dəyişdirilən, əhalisi köçürülən Qarabağı azad olduğu dövrüdür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
11576 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...