Laçının azad edilməsindən iki il ötür

Laçının azad edilməsindən iki il ötür
Laçın rayonunun Ermənistan işğalından azad edilməsindən 2 il ötür.

Yeniavaz.com xatırladır ki, noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu qəbul edən Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb və üçtərəfli Bəyanat imzalanıb.

Sənədin 2-ci bəndinə əsasən, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu, bəyanatın 6-cı bəndinə əsasən, 25 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonu Azərbaycana qaytarılıb.

Beləcə, Laçının 28 illik işğalına 2020-ci il dekabrın 1-də son qoyulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
268 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...